
Ukrayna klubları son 14 ildə ilk dəfə avrokubok yazında təmsil olunmayacaq.
Sportnet.az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində çıxış etmiş "Şaxtyor" və "Dinamo" (Kiyev) komandaları qruplarında sonuncu yeri tutublar. Konfrans Liqasında mübarizə aparmış "Zarya" (Luqansk) isə qrupda 3-cü olub.
Qeyd edək ki, Ukraynadan fərqli olaraq, Azərbaycan ilk dəfə mövsümün ilk yarısını adlamağı bacarıb. Bu, "Qarabağ"ın sayəsində mümkün olub. Ağdam komandası Konfrans Liqasında qrup ikincisi kimi pley-off mərhələsinə yüksəlib. Rəqibin adına dekabrın 13-də püşk nəticəsində aydınlıq gələcək.