Kolumbiya çempionatında "Amerika Kali" və "Alyansa Petrolera" komandaları arasında keçirilmiş matçda maraqlı hadisə baş verib.
Sportnet.az xəbər verir ki, qarşılaşmanın baş hakimi "Alyansa Petrolera"nın futbolçusuna sarı vərəqə göstərmək istəsə də, buna nail olmayıb.
Digər komandanın müdafiəçisi Marlon Torres isə bundan yararlanıb və rəqibinə sarı vərəqə göstərib. O, dərhal vərəqəni referiyə qaytarıb və oradan uzaqlaşıb. Ədalət təmsilçisi hadisəyə reaksiya verməyib və matç davam edib.
Qeyd edək ki, qarşılaşma "Amerika Kali"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Meanwhile in Colombia, this player showed his opponent a yellow card after the referee dropped it ????
— B/R Football (@brfootball) December 10, 2021
(via @WinSportsTV) pic.twitter.com/REQoY5yWVV