"Əlbəttə, bizim üçün vacib oyun idi. Amma bu qələbəni uzun müddət qeyd edə bilmərik. Artıq qarşıdakı oyunlara köklənməliyik".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri İsveçrə "Bazel"inin baş məşqçisi Patrik Rahmen evdə "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup oyunu barədə yerli mətbuata açıqlamasında deyib.
52 yaşlı mütəxəssis bildirib ki, Ağdam klubu ilə matçdakı müsbət enerjini çempionat görüşlərinə daşımaq istəyirlər: "Bizi "Servett" və "Yanq Boyz"la oyunlar gözləyir. Hər ikisi kifayət qədər çətin rəqibdir. Son 3 səfər matçında uduzmuşuq. Uğursuz seriyaya son qoymaq istəyirik".
Qeyd edək ki, H qrupunun son turunda "Qarabağ"ı məğlub edən "Bazel" 1/8 finala vəsiqə qazanıb. Ağdam klubu isə pley-offda mübarizə aparacaq.