Argentina millisinin və İspaniya "Barselona"sının futbolçusu Serxio Aquero karyerasını başa vurub.
Sportnet.az-ın məlumatına görə, bu barədə 33 yaşlı hücumçu keçirdiyi mətbuat konfransında açıqlama verib.
Təcrübəli forvard ürəyindəki problemə görə bu addımı atmağa məcbur olduğunu bildirib.
Qeyd edək ki, Serxio Aquero "Alaves"ə qarşı La Liqanın XII tur oyunundan (1:1) sonra xəstəxanaya yerləşdirilib. Matçın gedişində nəfəs darlığından əziyyət çəkən futbolçu 41-ci dəqiqədə Filippe Koutinyo ilə əvəzlənib. Həkimlərin müşayiəti ilə meydanı tərk edən oyunçu kardioloji müayinədən keçib. Hücumçuya aritmiya (ürəyin normal ritminin pozulması - red.) diaqnozu qoyulub.
Aquero karyerası ərzində ölkəsinin "İndependyente", İspaniyanın "Atletiko Madrid" və İngiltərənin "Mançester Siti" klublarında da çıxış edib.
???? pic.twitter.com/QA9sXkgydS
— FC Barcelona (@FCBarcelona) December 15, 2021