"Bu ildə son oyunumuz idi. Çətin olacağını bilirdik. "Neftçi" iddialı komandadır. Maraqlı oyun alındı. Hər iki komanda açıq futbola üstünlük verdi. Ümumi götürsək, komandanın çıxışından razı qaldım".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, 1 xal qənaətbəxş nəticədir: "Elə oyunlar olub ki, hər şeyi etmişik, amma uduzmuşuq. Qismətimizdə olan bu imiş. Hər iki komanda qələbəyə layiq idi".