UEFA Konfrans Liqasında qrup mərhələsində ən yaxşı qolu müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, "Qarabağ"ın futbolçusu Kadi Borgesin Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə məğlub etdikləri II tur oyunundakı dəqiq zərbəsi birinci yerə layiq görülüb.
Sözügedən qarşılaşmada dubl edən 25 yaşlı braziliyalı yarımmüdafiəçi 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atmışdı.
Qeyd edək ki, qalib azarkeşlər arasında səsvermədən sonra bəlli olub. Kadi Borgesin qolu 52 faiz səs toplayıb.