Azərbaycan millisinin və "Keşlə" klubunun futbolçusu Azər Salahlı əməliyyat olunub.
Sportnet.az xəbər verir ki, 27 yaşlı müdafiəçidə ikitərəfli qasıq yırtığı aşkarlanıb.
O, Türkiyənin Liv Hospitalında uğurla əməliyyat edilib. Salahlı iki gündən sonra Vətənə qayıdacaq.