“Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırlığın ilk mərhələsi yanvarın 5-dən 9-dək Bakıda baş tutacaq və fiziki hazırlığa həsr olunacaq.
Əsasən taktiki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə yanvarın 10-dan 25-dək Türkiyədə olacaq. Antalya şəhərinin Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşacaq "ağ-qaralar" sözügedən ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Paytaxt təmsilçisi yanvarın 14-də Macarıstanın “Kişvarda”, 19-da Polşanın “Visla” (Plotsk) klubu ilə qarşılaşacaq.
Yanvarın 24-dəki rəqib isə hələlik dəqiqləşməyib.