
"Qəbələ" klubunun sabiq baş məşqçisi Roman Qriqorçukun avtobioqrafik kitabı işıq üzü görüb.
Sportnet.az-ın məlumatına görə, bu barədə 56 yaşlı ukraynalı mütəxəssisin özü "meta-ratings" saytına müsahibəsində deyib.
O, "Üç ölkənin çempionu" adlı kitabının 1 000 tirajla çap olunduğunu və bir gündə satılıb qurtardığını bildirib.
Qriqorçuk öz kitabında məşqçilik karyerasının Azərbaycan dövrünə də yer ayırıb.
Qeyd edək ki, Roman Qriqorçuk 2015 - 2018-ci illərdə "Qəbələ"yə başçılıq edib. Təcrübəli mütəxəssis Latviyanın "Ventspils", Qazaxıstanın "Astana" və Belarusun "Şaxtyor" (Soliqorsk) komandalarının sükanı arxasında ölkə çempionluğunu qazanıb.