
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qrabağ"ın rəqibi olan Fransa "Marsel"inin 2 futbolçusu koronavirusa yoluxub.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Xorxe Sampaoli açıqlama verib.
Argentinalı mütəxəssisin sözlərinə görə, müdafiəçi Pol Lirola və hücumameylli yarımmüdafiəçi Konrad de la Fuentedən götürülmüş COVID-19 analizlərinin nəticəsi müsbət çıxıb. Hər iki oyunçu təcrid olunaraq, karantinə alınıb.
Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.