Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Bakını tərk edib.
25 yaşlı hücumçu Türkiyənin İstanbul şəhərinə yollanıb.
Forvardın komanda ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki toplanışa getmə ehtimalı olduqca azdır.
ABŞ-dan hüquqşünas tapan Emreli müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.
Qeyd edək ki, "Legiya" hazırlıq prosesinə yanvarın 6-da başlayacaq.