Niderlandın "Ayaks" klubunun qapıçısı Andre Onana karyerasını İtaliyada davam etdirəcək.
Sportnet.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano özünün tviter hesabında bildirib.
O, 26 yaşlı qolkiperin "İnter"lə müqavilə imzaladığını yazıb. Kamerun millisinin üzvü 5 il Milan təmsilçisində çıxış edəcək.
Onana yeni klubunda illik 3 milyon avro qazanacaq. Qapıçı iyulda azad agent kimi "İnter"ə keçəcək.