"Mənim üçün dünyanın ən yaxşı futbolçusu Lionel Messidir".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ" klubunun və Azərbaycan millisinin futbolçusu Filip Ozobiç "Sportske" nəşrinə geniş müsahibəsində deyib.
31 yaşlı yarımmüdafiəçi il ərzində məhsuldarlığı və nəticələri baxımından Robert Levandovskinin bir nömrə olduğunu bildirib: "Xorvatiyanın ən yaxşı futbolçusu isə yenə Luka Modriçdir. Mateo Kovaçiç isə ötən il "Çelsi"nin heyətində yaxşı oynadı. Lakin mənim üçün Modriç oynadığı müddətdə bir nömrəlidir. Adama elə gəlir ki, o, meydanda mübarizə aparmır".