"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Fransa "Marsel"i daha bir futbolçu ilə anlaşıb.
Sportnet.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, bosniya və herseqovinalı müdafiəçi Sead Kolaşinatsla danışıqlar yekunlaşmaq üzrədir. Müqavilə ilə İngiltərə "Arsenal"ına məxsus olan və cari mövsümün ilk yarısını Almaniyanın "Şalke" komandasında keçirmiş 29 yaşlı oyunçunun özü də Liqa 1 təmsilçisində çıxış etməkdə maraqlıdır.
Fransa klubu daha əvvəl konqolu hücumçu Sedrik Bakambu ilə razılıq əldə edib.
Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.