
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı klublarının reytinq cədvəlini açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, siyahıya Azərbaycanın 2 klubu düşüb.
Onlardan 133 xala malik "Qarabağ" Macarıstan "Ferentsvaroş"u və İsveç "Malmö"sü ilə birgə 105 - 107-ci yerləri bölüşür. Onlar "Vest Hem" (İngiltərə), "Dinamo" (Kiyev, Ukrayna), "Brügge" (Belçika) kimi komandaları geridə qoyurlar. Geridə olan klublardan biri də UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqib Fransa "Marsel"idir. Hazırda "Marsel" 132 xalla 132-cidir.
78,5 xala malik "Neftçi" isə 263-cü pillədə yer alıb.
Ümumilikdə siyahıya 403 klub düşüb.