"AVRO-2020-ni yüksək səviyyədə təşkil etdiyiniz üçün sizi təbrik edirəm. Belə təşkilatçılıq bacarığınızı dəfələrlə sübuta yetrimisiniz".
Sportnet.az məlumatına görə, bunu FIFA nümayəndəsi Nodar Axalkatsi AFFA-nın Növbəti Konfransında çıxışı zamanı deyib.
O bildirib ki, ali futbol qurumu həyata keçirdiyi birgə layihələrdən məmnundur: "Tovuzda yüksək səviyyəli texniki mərkəzin açılması, Gəncə Futbol Akademiyasının tikintisi böyük işlərdən xəbər verir. Bu cür layihələr inkişaf baxımından vacibdir. Azərbaycanın VAR sistemini əldə etmək istəyini yüksək qiymətləndirir və onun tətbiqini gözləyirik. Gecikmələrlə bütün dünya üzləşməkdədir. Birgə səylərlə bunun da öhdəsindən gələcəyik".
Gürcüstanlı funksioner son illər futbolun inkişafı istiqamətində görülmüş işləri yüksək qiymətləndirib və AFFA-nın böyük nailiyyətlərə imza atdığını vurğulayıb: Azərbaycanda, xüsusən regionlarda futbolun inkişafı yaxşı səviyyədədir. Biz də AFFA-nın işini dəstəkləyirik. Bu, rəhbər federasiyalardan biridir. 2022-ci ildə də fəaliyyətinizdə sizə uğurlar arzulayırıq".