İngiltərənin "Vest Hem" klubunun futbolçusu Kurt Zuma heyvanlara qarşı amansızlıqda ittiham oluna bilər.
Sportnet.az-ın məlumatına görə, internetdə 28 yaşlı müdafiəçinin pişiyi təpiklədiyi video yayılıb.
Klubun mətbuat xidmətindən "The Sun"a verilən açıqlamada fransalı oyunçunun hərəkətlərini pislənilib: "Biz Zuma ilə danışdıq və bu məsələni daxildə həll edəcəyik. Lakin açıq şəkildə söyləmək istəyirik ki, heç bir şəkildə heyvanlara qarşı vəhşiliyə göz yummuruq".
Qeyd edək ki, Kurt Zuma cari mövsüm Premyer Liqada 12 oyuna çıxıb və 1 qol vurub. Onun sözləşməsi 2025-ci ildə başa çatacaq.
A video obtained by The Sun allegedly shows footballer Kurt Zouma kicking and hitting his cat.
— Emily Hewertson ???????? (@emilyhewertson) February 7, 2022
It’s absolutely disgusting and disturbing footage. I hope he is prosecuted for animal cruelty. pic.twitter.com/3K7xMeHh5j