Fransanın "Marsel" komandasının baş məşqçisi Xorxe Sampaoli "Qarabağ"la UEFA Konfrans Liqasının pley-off oyunlarından öncə çətin seçim etməli olub.
Sportnet.az-ın məlumatına görə, argentinalı mütəxəssis bu addımı iki yeni oyunçu - Sead Kolaşinats və Sedrik Bakambunu iştirak ərizəsinə saldıqdan sonra atıb. Cordan Amavini "Nitsa"ya icarəyə göndərən "Marsel"ə sifariş ərizəsindən daha bir futbolçunu çıxarmaq lazım gəlib. Sampaoli mövsümün əvvəlindən lazımınca forma şansı qazanmayan Luis Enrikeni sifariş ərizəsindən kənarda qoyub.
Qeyd edək ki, "Marsel" "Qarabağ"la ilk oyununu fevralın 17-də evdə, cavab görüşünü fevralın 24-də səfərdə keçirəcək.