Avropa Klublar Assosiasiyası (ECA) Çempionlar Liqası üçün 15 milyard avroluq əməkdaşlığa hazırlaşır.
Sportnet.az xəbər verir ki, marketinq və yayım hüquqlarını əhatə edən müqavilə ECA üzvlərinə üç mövsüm ərzində illik 5 milyard avro qazandıracaq.
Qurumun sədri və Fransa PSJ-sinin prezidenti Nasser Əl-Xəlafi bunu klublar üçün "tektonik dəyişiklik" adlandırıb.
ECA və UEFA əmindir ki, əməkdaşlıq İspaniyanın "Real Madrid", "Barselona" və İtaliyanın "Yuventus" klublarının təbliğ etdiyi Avropa Super Liqası ideyasının tam iflasa uğramasına töhfə verəcək.