Türkiyə "Bursaspor"unun futbolçusu Namik Ələskərov səfərdə "Samsunspor"la 1:1 heç-heçə etdikləri 1-ci liqanın XXIII tur oyununa xəstə halda çıxıb.
Sportnet.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Serkan Yetişmişoğlu öz məqaləsində yazıb.
O bildirib ki, 27 yaşlı yarımmüdafiəçi qripə yoluxsa da, meydana start heyətində daxil olub. Yetişmişoğlu təcrübəli oyunçunun kiçik qızının da xəstələndiyini vurğulayıb: "Buna görə Ələskərovun əhvalı pis olsa da, meydana çıxıb komandası üçün tər tökdü".
Qeyd edək ki, Namik Ələskərov qarşılaşmanın 82-ci dəqiqəsində Tugbey Akgünlə əvəzlənib.