"Monako"nun sabiq baş məşqçisi Leonardu Jardim Səudiyyə Ərəbistanının "Əl Hilal" komandasını tərk edib.
Sportnet.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssisi argentinalı Ramon Dias əvəzləyib. 62 yaşlı mütəxəssis 2016 - 2018-ci illərdə də "Əl Hilal"a rəhbərlik edib.
Qeyd edək ki, Leonardu Jardim ərəb komandasına 2021-ci ilin yayında baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında "Əl Hilal" oyunlardan 15 qələbə, 7 heç-heçə və 4 məğlubiyyətlə ayrılıb.