Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin köməkçisi Benito Karbone İngiltərənin "Bredford" klubuna müraciət edib.
Sportnet.az-ın "Sky Sports"a istinadən məlumatına görə, italiyalı mütəxəssis II liqa təmsilçisinin sükanı arxasına keçmək istəyir.
Karbone Brredford klubunun sabiq baş məşqçisi Derek Adamsın istefaya göndərilməsindən sonra bu addımı atıb. O, klub rəhbərliyinə öz namizədliyini təklif edib.
Qeyd edək ki, Benito Karbone 2020-ci ildən Azərbaycan yığmasında çalışır. O, 2000 - 2002-ci illərdə futbolçu kimi "Bredford"da çıxış edib.