"Səbail" klubu futbolçusu Tural Bayramlı ilə müqavilə bağlayıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi ilə sözləşmə mövsümün sonanadək nəzərdə tutulub.
Bayramlı “dənizçilər”in heyətində 30 nömrəli forma ilə çıxış edəcək. Onun son klubu Yunanıstan "Perikos"u olub.