"Marsel" azarkeşləri Fransa Peşəkar Futbol Liqasına (LFP) müraciət edib.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, fanatlar komandalarının səfər oyunlarında iştirak edə bilməmələrindən narahatdır.
Onlar quruma ünvanladıqları müraciətdə Bakıya yollanmağın "Nitsa" ilə matça getməkdən daha rahat olduğunu bildiriblər: "Səyahət qadağalarını qaldırın! Buradan Bakıyadək 4 700 km yol qət etmək Marseldən 200 km məsafədə yerləşən Nitsaya getməkdən daha asandır. Səfərdə 17 oyunun yalnız 3-də iştirakımıza icazə verilir. Sizcə, bu, problem deyilmi"?
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.