UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra ən yaxşı qol adına namizədlər bəlli olub.
Sportnet.az xəbər verir ki, bu ada Fransanın PSJ klubundan Kilian Mbappe, İngiltərə "Mançester Siti"sindən Rahim Sterlinq ilə Bernardu Silva, İspaniyanın "Atletiko" (Madrid) komandasından Joau Feliks iddia edir.
Mbappe evdə İspaniya "Real Madrid"inə 1:0 hesabı ilə qalib gəldikləri matçda yeganə qolun müəllifi olub. Sterlinqlə Silva Portuqaliyada "Sportinq"i 5:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Feliks isə İngiltərənin "Mançester Yunayted" klubu ilə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmada hesabı açıb.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.