"Qarabağ" və Fransa "Marsel"i arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda futbolçular arasında insident baş verib.
Sportnet.az-ın məlumatına görə, münaqişə Azərbaycan təmsilçisi 34-cü dəqiqədə topu rəqib qapısından keçirdikdən sonra yaşanıb.
Qonaqların futbolçuları və məşqçilər heyəti İbrahima Vadjinin əllə fərqləndiyini iddia ediblər. Yalnız "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun müdaxiləsindən sonra baş hakim Bartoş Frankovski qolu ləğv edib. Polşalı referi "Marsel"in qapıçısı Stiv Mandandaya və "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiçə isə sarı vərəqə göstərib.
Qeyd edək ki, Fransa klubu hazırda 1:0 hesabı ilə öndədir.