
UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundun cütlükləri bəlli olub.
Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i 1/8 finalda İsveçrə "Bazel"i ilə qarşılaşacaq. Maraqlıdır ki, "Bazel" qrup mərhələsində "köhlən atlar"ın rəqibi olub.
UEFA Konfrans Liqası
1/8 final
"Marsel" (Fransa) - "Bazel" (İsveçrə)
"Lester" (İngiltərə) - "Renn" (Fransa)
PAOK (Yunanıstan) - "Gent" (Belçika)
"Vitess" (Niderland) - "Roma" (İtaliya)
PSV (Niderland) - "Kopenhagen" (Danimarka)
"Slaviya" Praqa (Çexiya) - LASK (Avstriya)
"Budyo Qlimt" (Norveç) - AZ (Niderland)
Partizan" (Serbiya) - "Feyenoord" (Niderland)
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk matçları martın 10-da, cavab qarşılaşmaları isə martın 17-də oynanılacaq.
------------------------------------
Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Bu raundda iştirak edəcək komandalar 2 qrupa bölünüblər. Qrup qalibləri səpələnmişlər, pley-off mərhələsindən gələnlər isə səpələnməmişlər səbətində yer alıblar.
1/8 finalda eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməz. Öz qruplarını ilk sırada başa vurmuş kollektivlər cavab görüşlərini evdə keçirəcəklər.
UEFA Konfrans Liqası
1/8 final
Səpələnmişlər: AZ (Niderland), "Bazel" (İsveçrə), "Kopenhagen" (Danimarka), "Feyenoord" (Niderland), "Gent" (Belçika), LASK (Avstriya), "Renn" (Fransa), "Roma" (İtaliya)
Səpələnməmişlər: "Budyo Qlimt" (Norveç), "Lester" (İngiltərə), "Marsel" (Fransa), PAOK (Yunanıstan), "Partizan" (Serbiya), PSV (Niderland), "Slaviya" Praqa (Çexiya), "Vitess" (Niderland)
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk matçları martın 10-da, cavab qarşılaşmaları isə martın 17-də oynanılacaq.