Braziliyanın "Baiya" futbol klubunun avtobusunda partlayış baş verib.
Sportnet.az-ın məlumatına görə, hadisə nəticəsində 3 oyunçu yaralanıb. İnsident komanda "Sampayo Korrea" ilə Şimal-Şərq Kubokunun ev matçına gələrkən yaşanıb. Klub tviterdə qanlı oturacaqların və zədələnmiş avtobusun şəkillərini yayımlayıb. Salvador polisi isə faktla bağlı araşdırmalara başlayıb.
Partlayışda ən ağır xəsarəti qapıçı Danilo Fernandes alıb. Üz nahiyəsindən yaralanan qolkiper xəstəxanaya yerləşdirilib. Hazırda durumu yaxşı olan Fernandesin hələlik xəstəxanada qalacağı bildirilib. Qapıçı ilə yanaşı, müdafiəçi Mateus Baiya və hücumçu Marselo Çirino da yaralanıb.