
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu Ukraynada davam edən müharibə ilə bağlı paylaşım edib.
Sportnet.az xəbər verir ki, portuqaliyalı hücumçu bu barədə instaqram hesabında yazıb.
“Biz uşaqlarımız üçün daha yaxşı bir dünya yaratmalıyıq. Dünyamızda sülh üçün dua edirəm”, - deyə 37 yaşlı forvard yazıb.
Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynada müharibəyə başlayıb. Həmin gün Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət tətbiq edib.