"Qarabağ" azarkeşləri "Keşlə"yə qarşı keçirilən Azərbaycan Premyer Liqasının XVII tur matçında hazırda Rusiya ilə müharibə şəraitində olan Ukraynaya dəstək nümayiş etdirib.
Sportnet.az-ın məlumatına görə, fanatlar tribunada üzərində "Slava Ukraini" şüarı yazılmış pankart açıblar.
Tərəfdarlar həmçinin Ukrayna lehinə şüarlar səsləndiriblər.
Qeyd edək ki, "ASK Arena"da keçirilən matçda ilk hissə oynanılır və hesab açılmayıb.