Rusiya Futbol İttifaqı (RFS) FIFA və UEFA-nın qərarları ilə bağlı bəyanat yayıb.
Sportnet.az RFS-in rəsmi saytına istinadən xəbər verir ki, ölkə yığmalarının və klublarının beynəlxalq yarışlardan kənarlaşdırılması qərarının qəbuledilməz olduğu bildirilib.
Qeyd olunub ki, beynəlxalq norma və prinsiplərə, eləcə də idmanın ruhuna ziddir: "Bu, aşkar ayrı-seçkilik xarakteri daşıyır və çox sayda idmançılara, məşqçilərə, klubların və milli komandaların işçilərinə, ən əsası isə beynəlxalq idman təşkilatlarının maraqlarını ilk növbədə qorumalı olan milyonlarla rusiyalı və xarici azarkeşlərə zərər verir. Bu cür hərəkətlər həmişə bərabərlik, qarşılıqlı hörmət prinsiplərinə sadiq qalan və siyasətdən uzaq olan beynəlxalq idman ictimaiyyətini parçalayır. Biz beynəlxalq hüquqa uyğun olaraq, FİFA və UEFA-nın qərarına etiraz etmək hüququnu özümüzdə saxlayırıq".
Xatırladaq ki, Rusiya yığmalarının və klublarının FIFA ilə UEFA bayraqları altında keçirilən yarışlarda iştirakına qadağa qoyulub.