Rusiyanın "Lokomotiv" (Moskva) komandasının baş məşqçisi Markus Gisdol istefaya göndərilib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, almaniyalı mütəxəssislə müqaviləyə xitam verilib.
53 yaşlı baş məşqçini bu vəzifədə Marvin Komper əvəzləyib. O, müvəqqəti olaraq komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, Markus Gisdol 2021-ci ilin oktyabrında "Spartak"ın sükanı arxasına keçmişdi.