Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərov çıxış etdiyi Türkiyə "Bursaspor"unda ən çox meydanda olan futbolçudur.
Sportnet.az-ın "olay.com.tr" saytına istinadən məlumatına görə, o, indiyədək "timsahlar"ın heyətində ümumilikdə 1 722 dəqiqə oynayıb.
İkinci sırada 1 484 dəqiqə ilə xorvatiyalı müdafiəçi Luka Tsapan qərarlaşıb. İlk "3-lüy"ü belçikalı yarımmüdafiəçi Massimo Bruno (1 450) tamamlayır. 1 245 dəqiqə meydanda olan argentinalı orta xətt oyunçusu Nikolas Salasar isə dördüncüdür.
Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"la 2+1 illik müqavilə bağlayıb.