Məşhur idman brendi "Adidas" Rusiya Futbol İttifaqı ilə əməkdaşlığı dayandırıb.
Sportnet.az "The Financial Times" nəşrinə istinadən xəbər verir ki, bu Rusiyanın Ukrayna ərazisində həyata keçirdiyi hərbi əməliyyatlarla bağlıdır. Qərrar dərhal qüvvəyə minib.
Qeyd edək ki, daha əvvəl FIFA və UEFA Rusiya təmsilçilərinin beynəlxalq yarışlardan kənarlaşdırılması barədə qərar çıxarıb.