
"İnter", "Qarabağ" və "Simurq" klublarının sabiq futbolçusu Andrey Rubin Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
"Report"un məlumatına görə, latviyalı veteran yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında Ukraynadakı müharibənin dayandırılmasını istəyib.
Atasının ukraynalı olduğunu xatırladan Rubin qohumlarının döyüşlərdə iştirak etdiyini bildirib: "Doğmalarınız vuruşursa, müharibə daha amansız olur. Anam latviyalı, atam isə ukraynalıdır. Atamın qohumları İkinci Dünya Müharibəsində sovet ordusunun tərkibində vuruşublar. Hər il mayın 9-da onları yad edirəm. İndi isə əmioğlularım Ukrayna ordusunda işğalçılara qarşı döyüşür. Onlarla əlaqə saxlayıram. Vəziyyət çox pisdir".
Qeyd edək ki, Andrey Rubin 2008 - 2010-cu illərdə "İnter"in, 2010 - 2011-ci illərdə "Qarabağ"ın, 2011 - 2012 illərdə isə "Simurq"un formasını geyinib.