
"Dəvət etməyiblərsə, problem deyil, buna hansısa etirazım da yoxdur".
Bunu Sportnet.az-a açıqlamasında veteran futbolçu Yunis Hüseynov Gəncədə Konstantin Abramenkonun vaxtilə hazırlıq keçdiyi ərazidə salınmış meydançanın açılış tədbirində iştirak etməməsi ilə bağlı danışarkən deyib.
57 yaşlı keçmiş hücumçu həmin açılışda iştirak etmək istədiyini söyləyib: "Yəqin ki, uzaq yol olduğu üçün dəvət göndərməyiblər. Amma orada olmaq istəyərdim. Mənim uşaqlığım Gəncədə keçib. Oradaki otağımda Gəncə komandasında çıxış etmiş bütün futbolçuların balaca şəkilləri var idi. Hazırda oraya getmək istəyərdim. Futbola Gəncədə başlamışam, amma dəvət etməyiblərsə, canları sağ olsun. Yəqin yaddan çıxmışam və ya başqa nəsə olub. Bu barədə problem yoxdur".