"Neftçi" klubunun ev oyunlarını keçirdiyi "Bakcell Arena" stadionu təmirə bağlanır.
Sportnet.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən "Neftçi" PFL-dən "Sumqayıt"a qarşı keçirəcəyi 3-cü və 4-cü dövrə oyunlarının yerinin dəyişdirilməsini xahiş edib.
Stadionda aparılacaq işləri, paytaxt təmsilçisinin müraciətini və qarşı tərəfin razılıq məktubunu rəhbər tutan PFL "Neftçi" və "Sumqayıt" komandaları arasında keçiriləcək 3-cü və 4-cü dövrə oyunlarının yerini dəyişib.