İngiltərə "Tottenhem"inin futbolçusu Harri Keyn Premyer Liqa tarixində ən yaxşı bombardirlərin siyahısında mövqeyini yaxşılaşdırıb.
Sportnet.az xəbər verir ki, evdə "Everton"a 5:0 hesabı ilə qalib gəldikləri XXVIII tur oyununda dubl edən 29 yaşlı hücumçu qollarının sayını 176-ya çatdırıb.
Sıralamada 6-cı pilləyə yüksələn ingiltərəli forvard Fransa millisinin və "Arsenal"ın əfsanəvi futbolçusu Tyerri Anrini (175 qol) geridə qoyub.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında ən sərrast futbolçuların siyahısına 260 qolla "Nyukasl" klubunun sabiq hücumçusu Alan Şirer başçılıq edir.