"Qarabağ"la oyunda (1:5) zədələnmiş "Qəbələ"nin futbolçusu Omar Haniyə ilkin diaqnoz qoyulub.
Klubun Mətbuat katibi anar Hacıyevin Sportnet.az-a verdiyi məlumata görə, 23 yaşlı yarımmüdafiəçinin qasığında dartılma olub.
O bildirib ki, oyunçunun zədəsinin ciddi olub-olmaması MRT müayinəsindən sonra daha dəqiq bilinəcək.
Qeyd edək ki, Omar Hani görüşün 10-cu dəqiqəsində zədələnib. Onun yerinə meydana Ülvi İsgəndərov daxil olub.