Özbəkistanın "Bunyodkor" klubu Braziliya millisinin sabiq futbolçusu Rivaldodan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.
Sportnet.az-ın CAS-ın rəsmi saytına istinadən məlumatına görə, buna veteran yarımmüdafiəçinin Daşkənd təmsilçisi ilə müqaviləni vaxtından əvvəl pozması səbəb olub. Məsələyə bu il iyunun 8-də baxılacaq.
Qeyd edək ki, 2008-ci ildə "Bunyodkor"la 14 milyon avro dəyərində 2 illik müqavilə imzalayan dünya çempionu 2010-cu ilin mayında sözləşməyə birtərəfli şəkildə xitam verərək, klubu tərk edib.