İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema UEFA Çempionlar Liqasında yeni nailiyyətə imza atıb.
Sportnet.az "OptaJoe" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı hücumçu evdə Fransa PSJ-sinə 3:1 hesabı ilə qalib gəldikləri 1/8 final mərhələsinin cavab oyununda het-trik edib.
Beləliklə, fransalı forvard qitənin bir nömrəli klub turnirində bunu bacaran ən yaşlı oyunçu adına sahib çıxıb. Benzema 34 yaş 80 günündə 3 qol vurmağı bacarıb.
O, hazırda İtaliya "Milan"ında çıxış edən həmyerlisi Olivye Jirunun uğurunu geridə qoyub. Lakin Jiru 2020/2021 mövsümündə İspaniya "Sevilya"sına qarşı qrup mərhələsinin V tur matçında 34 yaş 63 günündə 3 yox, 4 qol vuraraq poker edib.
Qeyd edək ki, Kərim Benzema cari mövsüm "Real Madrid"in heyətində bütün turnirlərdə 33 qarşılaşmaya çıxıb, 30 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.