Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi ilə bağlı qərar verilib.
Sportnet.az-ın RMC Sport-a istinadən məlumatına görə, İspaniyada "Real Madrid"ə 1:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan dərhal sonra Qətərin paytaxtı Dohaya uçan iş adamı klub rəhbərliyi ilə görüşüb.
Hələlik 49 yaşlı funksionerin vəzifəsində qalacağı bildirilib. Rəhbərlik hesab edir ki, komandanın avrokuboklarda mübarizəni dayandırmasına görə əsas məsuliyyəti Əl-Xəlaifi daşımamalıdır. Çünki klub son illərdə onun rəhbərliyi altında əhəmiyyətli irəliləyişlər əldə edib.
Qeyd edək ki, Nasser Əl-Xəlaifi 2011-ci ildən PSJ-nin prezidenti vəzifəsini tutur.