
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu vəsiyyətini açıqlayıb.
Sportnet.az-ın "The Sun" nəşrinə istinadən məlumatına görə, portuqaliyalı hücumçu başdaşında "Nömrə 1. Nömrə 7 deyil, məhz nömrə 1" sözlərinin yazılmasını istəyib.
Bundan başqa, jurnalist 37 yaşlı forvarddan niyə tarixin ən yaxşı futbolçusu olduğunu bir sözlə əsaslandırmasını xahiş edib. Ronaldu isə cavabında belə deyib: "Mənə 3 söz lazımdır. Xüsusidən daha çox. Yeganə"!
Qeyd edək ki, Kriştianu Ronaldu "Tottenhem"ə qalib gəldikləri İngiltərə Premyer Liqasının XXIX tur matçında het-trik etməklə karyerasında vurduğu qolların sayını 807-yə çatdırıb və bu göstəricidə dünya rekordunu yeniləyib.