
Türkiyə "Bursaspor"unda çıxış edən Azərbaycan millisinin futbolçusu Namik Ələskərov sarı vərəqə limitindədir.
Sportnet.az-ın məlumatına görə, hazırda passivində 3 xəbərdarlıq olan 27 yaşlı yarımmüdafiəçi "Balıkesirspor"a qarşı I Liqanın 29-cu tur matçında növbəti dəfə "sarı" alsa, cəzalı duruma düşəcək.
Bu halda, təcrübəli oyunçu 30-cu turda yığmanın digər üzvü Vüsal İsgəndərlinin çıxış etdiyi "Keçiörengücü" ilə qarşılaşmanı buraxmalı olacaq.
Qeyd edək ki, "Bursaspor" hazırda 25 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. 34 xalı olan "Keçiörengücü" isə 11-ci sırada yer alıb.