"Rəqib kimi Küveyt və Azərbaycanın seçilməsindən, həmçinin oyunların təqvimindən razıyam".
Sportnet.az-ın məlumatına görə, bunu futbol üzrə Latviya millisinin baş məşqçisi Daynis Kazakeviç bu gün keçirilmiş mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, qarşıdakı yoldaşlıq görüşlərində məqsəd iyunda keçiriləcək Millətlər Liqasına mümkün qədər yaxşı hazırlaşmaq olacaq: "Ötənilki üslubu nəzərə alsaq, performans və inkişaf üçün bu matçlar bizim üçün vacibdir. Əlbəttə ki, oyunlar zamanı müəyyən dəyişikliklər olacaq. Amma bu, rotasiya sayılmamalıdır”.
Qeyd edək ki, Latviya yığması martın 25-də Küveytlə, martın 29-da Azərbaycan seçməsi ilə üz-üzə gələcək. Hər iki matç Maltada keçiriləcək.