
"Neftçi TV" "Qəbələ"yə qarşı keçiriləcək Premyer Liqanın XX tur oyunu ilə bağlı maraqlı videoçarx hazırlayıb.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisi klubun yaranmasının 85 illiyi ilə bağlı azarkeşlərə çağırış edib.
"Atalarımızın sevgisini övladlarımıza tarixi günümüzdə ötürək: Sabah hər birinizi övladlarınızla birlikdə “Bakcell Arena”da gözləyirik"! - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, martın 18-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 19:37-də başlayacaq.