İngiltərənin "Everton" klubunun baş məşqçisi Frenk Lempard kuryoz hadisə nəticəsində zədələnib.
Sportnet.az-ın məlumatına görə, bu barədə, 44 yaşlı mütəxəssisin özü açıqlama verib.
O bildirib ki, evdə "Nyukasl" üzərində son dəqiqə qolu ilə qazanılan qələbəyə sevinərkən əlini sındırıb: "Heç nəyə yumruq atmadım. Amma 2 dəqiqə sonra əlimin titrədiyini hiss etdim. Bu cür nəticələr qazansaq, hər həftə əziyyət çəkəcəyəm".
Qeyd edək ki, "Everton" Premyer Liqanın XX turundan təxirə salınmış qarşılaşmada Aleks İvobinin 90+9-cu dəqiqədə vurduğu qolla qələbə qazanıb.