
Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Polşanın "Visla" (Plotsk) komandasının heyətində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı müdafiəçi Ekstraklasada XXVI turun "Şlyonsk"la ev matçında forma geyinib. O, 54-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Görüş isə qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.
Bu nəticədən sonra "Visla" (Plotsk) 36 xalla 7-ci, "Şlyonsk" isə 30 xalla 13-cü pillədə qərarlaşıb.