
"Zirə" və "Qarabağ" komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XX tur oyununda futbolçular arasında insident olub.
Sportnet.az-ın məlumatına görə, "qartallar"ın yarımmüdafiəçisi Qismət Alıyev "köhlən atlar"ın hücumçusu Ramil Şeydayevlə mübahisə edib.
Baş hakim Rauf Cabarov hər iki oyunçunu 55-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, "Qarabağ" hazırda 2:0 hesabı ilə öndədir.