AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və baş katib Sərxan Hacıyev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.
Sportnet.az-ın məlumatına görə, milli assosiasiya rəsmiləri Estoniyaya qarşı keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunu və və Belarusa qarşı yoldaşlıq matçında uğurlar arzulayıb. Görüşdə AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə də iştirak edib.
Qeyd edək ki, U-21 martın 25-də Estoniya, 29-da isə Belarus yığması ilə üz-üzə gələcək.